Xoşbəxtliyin təqibində

Bir dəfə yol ilə bir müdrik adam gedir, dünyanın gözəlliyindən zövq alır və həyata sevinirdi. Birdən o, gücü çatmayacaq qədər bir yükün altına ikiqat olmuş bir insanı görür.

— Nəyə görə sən özünü belə əzab-əziyyətə təhrik edirsən? – müdrik insan soruşdu.

— Mən öz övlad və nəticələrimin xoşbəxtliyi üçün çalışıram, – insan cavab verir. – Mənim babamın atası babamın xoşbəxtliyi, babam atamın xoşbəxtliyi, atam isə mənim xoşbəxtliyim üçün çalışıb və mən də bütün həyatı boyu əziyyət çəkəcəyəm, təki övlad və nəvələrim xoşbəxt olsun.

— Bəs sənin ailəndə kimsə xoşbəxt olub? – müdrik soruşdu.

—Xeyr, amma mənim övladlarım və nəvələrim mütləq xoşbəxt olacaq! –Bədbəxt insan cavab verdi.

— Oxumağı bacarmayan insan oxumaq öyrədə bilməz, sərçə isə qartal yetişdirə (tərbiyə edə) bilməz – Müdrik insan cavab verir – Əvvəlcə özün xoşbəxt olmağı öyrən, onda öz övlad və nəvələrini də necə xoşbəxt etməyi öyrənəcəksən və elə bu da sənin onlar üçün ən dəyərli töhfələrin olacaq.

Son xəbərlər
Digər xəbərlər