Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu, Kanadanın İranda insan haqlarının pozulması ilə əlaqədar tətbiq etdiyi dördüncü sanksiyalar paketidir.
Məlumata görə, sanksiyalar siyahısına etirazların qarşısının alınmasında və nümayişçilərin həbsində iştirak edən yüksək vəzifəli məmurlar, İranın hüquq-mühafizə qüvvələri də daxil olmaqla dörd fiziki şəxs və iki qurum daxil edilib.