11 C
Baku
Tuesday, November 26, 2024

İran ABŞ-ın bir sıra fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib

İran hökuməti bazar ertəsi ABŞ-ın 10 fiziki və 4 hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib. İslam Respublikası Xarici İşlər Nazirliyinin müvafiq bəyanatını “Tasnim” agentliyi dərc edib.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Bəyanatdan məlum olduğu kimi, məhdudiyyətlər xüsusilə İranın “daxili işlərinə qarışmaq”, “zorakılıq və iğtişaşları təşviq etmək”, eləcə də “ölkədə terror aktları törətməyə təhrik etmək” cəhdləri səbəbindən tətbiq edilib.

Tehranın sanksiya siyahısına ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, general Maykl Kurilla, icraçı direktor və maliyyə nazirinin birinci müavini Adevale Adeyemo, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Enn Noyberqer daxil olub.

Artıq bir aydan çoxdur ki, İranda sentyabrın 16-da dünyasını dəyişən 22 yaşlı Məhsa Əminin dəfn mərasimindən sonra başlayan iğtişaşlar səngimir. Rəsmi versiyaya görə, polis əməkdaşları Əmini hicabı düzgün şəkildə taxmadığına görə saxlayıblar. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib.

Etiraz aksiyaları fonunda ABŞ və Avropa İttifaqı İranın bir sıra fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib. Tehran hesab edir ki, ABŞ və Aİ sanksiyaları islam respublikasındakı gərginliyi gücləndirən alət kimi istifadə edirlər.

Son xəbərlər
Digər xəbərlər