Gələn il dövlət təltiflərinin hazırlanması üzrə xərclər 1,7 milyon manat olacaq.
Bu, Hesablama Palatasının 2023-ci il Dövlət büdcəsinin layihəsinə rəyində əksini tapıb.
Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 13,3 % çoxdur. 2022-ci ildə bu məqsədlə büdcədən 1,5 milyon manat ayrılıb.
Dövlət mükafatlarının və təltiflərin maliyyə təminatı üzrə məbləğ isə dəyişməyib, 2022-ci ildə olduğu kimi 2023-cü ildə bu məqsəd 300 min manat verilməsi nəzərdə tutulub.
İncəsənət xadimlərinə verilən mükafat üzrə vəsaitin həcmi də dəyişməyib, gələn il də bu vəsait üçün 900 min manat ayrılacaq.