Almaniya gələn il iki dəfə çox borclana bilər, buna səbəb iqtisadiyyatın yavaşlamasıdır.
Banker.az xəbər verir ki, Almaniya Maliyyə Nazirliyi Bundestaqa məktub göndərərək, iqtisadiyyatın yavaşlaması səbəbindən gələn il gözləniləndən iki dəfə çox – təxminən 36 milyard avro borc tələb oluna biləcəyini bildirib.
Daha əvvəl isə proqnozlaşdırılmışdı ki, Almaniya 2023-cü ildə 17.2 milyard avro borca ehtiyac olacaq.