9 C
Baku
Friday, December 13, 2024

Şimali Koreyanın raket sınaqlarına görə Yaponiya böhran qərargahı yaradıb

Şimali Koreyanın noyabrın 2-də həyata keçirdiyi növbəti raket sınaqlarına görə Yaponiya hökuməti yanında böhran qərargahı yaradılıb.

Ballistik raketlər Yapon dənizi istiqamətində buraxılıb.

Sahil Mühafizəsi Xidmətinin məlumatında qeyd edilir ki, Şimali Koreya tərəfindən buraxılan raket artıq dənizə düşüb. Raketin düşdüyü dəqiq ərazi qeyd edilmir.

Yaponiyanın Baş naziri Fumio Kişidanın dəftərxanası yanında yaradılan böhran qərargahı məlumatların toplanmasını və təhlilini davam etdirir.

Qeyd edək ki, bu, cari ilin əvvəlindən Şimali Koreya tərəfindən 29-cu raket sınağıdır. Bunlardan 23-nünü müxtəlif növ ballistik raketlər olduğu bildirilir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər