15 C
Baku
Sunday, November 24, 2024

Rusiya ilə Şimali Koreya arasında dəmir yolu əlaqəsi bərpa olunub

İki illik fasilədən sonra Rusiya ilə Şimali Koreya Xalq Demokratik Respublikası arasında dəmir yolu əlaqəsi bərpa edilib.

Uzaq Şərq dəmir yolu ilə Xasan (RF)-Tumanqan (Şimal Koreya) sərhəd keçidindən iki illik fasilədən sonra il yük qatarı Şimali Koreyaya yola salınıb.

İlk qatarla Şimali Koreyaya cins atlar göndərilib. Daha sonra isə dərman preparatları göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, 2020-ci ildə COVİD-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudlaşdırılmalar səbəbindən Rusiya Federasiyası ilə Şimali Koreya arasında dəmir yolu əlaqəsi dayandırılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər