Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Technomap” MMC ilə 9 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə kompüter və laboratoriya avadanlıqlarının satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 9 183 224 manatdır.
Qeyd edək ki, “Technomap” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Zaur Nuriyevdir.