13 C
Baku
Tuesday, May 7, 2024

“İmprotex Industries”in əməkdaşı Cəbrayılda minaya düşdü – Yenilənib

Cəbrayıl rayonunda mina hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 2-də Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Məlumata əsasən mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

***

Daxili İşlər Nazirliyi (DİN) bu gün Cəbrayıl rayonunun Mehdili kəndində baş verən mina partlayışı hadisəsi barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxan 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu piyada əleyhinə minaya düşüb. Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyyə edilməklə xəstəxanaya çatdırılıb.

Araşdırmalar davam etdirilir.

 

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər