“Twitter“ yeni sahibi olan İlon Mask şirkətin bütün işçilərinin təxminən yarısını ixtisar etməyi planlaşdırır.
Bu barədə “Bloomberg“ məlumat yayıb.
İxtisara “Twitter“in 7500 əməkdaşından təxminən 3700-ü düşəcək.
Şirkət həmçinin ştatda qalan işçilərin məsafədən işləməsini qadağan edəcək.
Bu cür tədbirlərin xərclərin azaldılmasına yönəldiyi bildirilib.
Məsələ ilə bağlı şirkət açıqlama verməyib.