8 C
Baku
Friday, December 13, 2024

“Veysəloğlu”ya sanksiya tətbiq olundu – 700 min manatdan çox

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qarabaşaq məhsulunun topdansatışı bazarının rəqabətliliyi, bazarda hökmran mövqedən sui-istifadə hallarının və qiymət manipulyasiyasının olub-olmaması ilə bağlı araşdırmalar aparılıb. Bununla əlaqədar olaraq, antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qarabaşaq satışı ilə məşğul olan bazar subyektləri barəsində iş qaldırılıb.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, işə baxılma zamanı “Veysəloğlu” MMC-nin qarabaşaq məhsullarının topdansatışı bazarında hökmran mövqeyə sahib olduğu və hökmran mövqeyindən istifadə edərək satış məntəqələri arasında qiymət ayrı-seçkiliyinə yol verdiyi aşkarlanıb. Nəticədə pərakəndə satış məntəqələrinin qarabaşaq məhsullarının satışı sahəsində eyni şərtli rəqabət imkanları məhdudlaşıb.

“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğu əsas götürülərək Dövlət Xidməti tərəfindən “Veysəloğlu” MMC-yə 715227 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Məlumat üçün qeyd edək ki, Dövlət Xidməti “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21.02.2022-ci il tarixli 109S nömrəli Sərəncamından irəli gələn məsələlər çərçivəsində istehlak səbətində əhəmiyyətli yer tutan qida mallarının satışı bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalar aparır.

Son xəbərlər
Digər xəbərlər