1 C
Baku
Saturday, December 14, 2024

İşğaldan azad edilmiş ərazilərdə hansı vergi güzəşti nəzərdə tutulur? – SİYAHI

Azərbaycanda gələn ildən işğaldan azad edilmiş ərazilərdə bir neçə vergi güzəşti nəzərdə tutulur. Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Banker.az onları təqdim edir:

  • Həmin ərazilərdə istehsal fəaliyyəti üzrə xammal və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı tərəfindən təsdiq edilmiş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 müddətində ƏDV-dən azad olunur.
  • Həmin ərazilərdə işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda Məcəllədə və digər qanunlarda nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:
    • Mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilən ərazilərdə vergi uçotunda olduqda;
    • Mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilən ərazilərdə yerləşdikdə;
    • Mütəxəssislər işğaldan azad edilən ərazilərdə məskunlaşdıqda.
  • Həmin ərazilərində yerləşən mehmanxanalara nağdsız qaydada ödənilən ƏDV-nin 30%-nin geri qaytarılması nəzərdə tutulub. Dəyişikliyə əsasən, Qarabağdakı mehmanxanalara nağd qaydada ödənilən ƏDV-nin isə 5%-i geri qaytarılacaq. Xatırladaq ki, hazırda sözügedən nisbətlər müvafiq olaraq 15 % və 10 %-dir.
  • Ərazilərində fəaliyyət göstərən hüquqi şəxslərin divident gəlirlərinin 10 il vergidən azad edilməsi nəzərdə tutulub. Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) divident gəlirləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunur.
  • Həmin ərazilərin rezidentlərinin satışdankənar gəlirlərinin 10 il vergidən azad edilməsi nəzərdə tutulub. Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidentlərinin 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilir, bu azadolma rezidentlərinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə şamil edilir.
Son xəbərlər
Digər xəbərlər