Azərbaycanda gələn il dövlət büdcəsinin kəsirinin ümumi daxili məhsula nisbətinin 2,4% olacağı gözlənilir.
Bunu Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, bu, bu ilin təsdiq olummuş proqnozu ilə müqayisədə 0,3 faiz bəndi azdır.
“2023-cü ildə icmal büdcədə isə ÜDM-in 4,7%-i qədər kəsir yaranacağı proqnozlaşdırılır”, – deyə nazir əlavə edib.