Azərbaycanda gələn il adambaşına düşən milli gəlir 7 min ABŞ dollarını keçəcək.
Bunu Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Bundan başqa, nazir deyib ki, 2023-cü ildə Azərbaycanın ümumi daxili məhsul (ÜDM) istehsalının dəyərinin 160 milyard manatı, o cümlədən qeyri-neft ÜDM-nin dəyərinin isə 73,3 milyard manatı keçəcəyi gözlənilir.
“Gələn il illik inflyasiyının 6,9% təşkil edəcəyi, 2024-2026-cı illərdə hədəf diapazonuna qayıtması (4+2) gözlənilir”, – M.Cabbarov əlavə edib.