12 C
Baku
Tuesday, May 7, 2024

Yeni icra başçısının müavini təqaüdə göndərilib

Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini təqaüdə göndərilib. Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

İcra başçısı Natiq Ağayevin əmri ilə təqaüdə göndərilən Dövlətov Ədalət Dövlət oğludur.

O, paralel olaraq, Göyçay RİH-də Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində idi.

RİH-in internet səhifəsində həmin vəzifə vakant göstərilir.

Natiq Ağayevin 2022-ci ilin oktyabrın 17-də Prezident İlham Əliyev sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

N.Ağayev bu təyinatadək Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər şöbəsinin rəisi olub.

O, polkovnik rütbəsində xüsusi xidmət orqanlarında qulluq edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər