14 C
Baku
Saturday, November 23, 2024

S. Ərəbistanı öz avtomobil brendini yaradıb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman krallığın ilk avtomobil markası olan “Ceer”in satışa çıxarıldığını elan edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Cənab bin Salman bildirib ki, Səudiyyə Ərəbistanı “təkcə yeni avtomobil markası yaratmır, həm də yeni sənaye və ekosistemi işə salır”. “Ceer” markası həm daxili bazar üçün, həm də Yaxın Şərq ölkələrində satış üçün maşın istehsalı ilə məşğul olacaq. Bunun sayəsində 150 milyon ABŞ dolları məbləğində xarici investisiyanın cəlb edilməsi nəzərdə tutulur, layihənin 30 minə yaxın iş yerinin yaradacağını, 2034-cü ilə qədər gəlirliliyin isə 8 milyard dollara çatacağı gözlənilir.

“Ceer” – Səudiyyə Ərəbistanının suveren fondu ilə Tayvanın elektronika istehsalçısı “Foxconn” arasında birgə müəssisədir. Marka istehsalında “BMW”nin komponent texnologiyasından istifadə edəcək. Foxconn “avtomobillərin elektrik arxitekturasını” inkişaf etdirəcək və onları Səudiyyə Ərəbistanında istehsal edəcək. İlk “Ceer” avtomobillərinin 2025-ci ildə satışa çıxarılacağı gözlənilir.

Fevralda Səudiyyə Ərəbistanının hakimiyyət orqanları “Saudi Aramco”nun 80 milyard dollarlıq səhmlərini ölkənin suveren sərvət fonduna köçürüb. O zaman bu payın təxminən 80 milyard dollar olduğu təxmin edilib. İyulda krallıq 80 milyard dollarlıq investisiya fondunun yaradıldığını elan edib.

Son xəbərlər
Digər xəbərlər