14 C
Baku
Saturday, November 23, 2024

Aksiz markası mallara nə vaxt vurulmalıdır?

Mən Xırdalan şəhərində şərab istehsal edirəm, anbarım isə Bakı şəhərində yerləşir. İshehsal olunmuş məhsul “malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” əsasında anbara təhvil verilir. Bu malların aksizləri anbarda vurula bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 184-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması aksizin vergitutma obyektini təşkil edir. Bu maddənin məqsədləri üçün istehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir.
Sorğuda qeyd olunan halda istehsal edilən aksizli mallar istehsal binasının (sorğuya əsasən. Xırdalan şəhəri) hüdudlarından kənara buraxıldığı vaxtda həmin mallar üçün aksizlər hesablanıb dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 184-cü və 186-cı maddələri.

Son xəbərlər
Digər xəbərlər