Gələn il “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə 41 milyon manat (cari il səviyyəsində) subsidiya nəzərdə tutulub.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal
büdcələri üzrə layihəsində bildirilib.
Subsidiya satış tarifinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə yaranmış zərərin örtülməsi üçün nəzərdə tutulub.