14 C
Baku
Saturday, November 23, 2024

Tələbə təqaüdünün yaşayış minimumuna qədər artırılması təklif edilib

Milli Məclisdə tələbələrə verilən təqaüdlərin həcminin yaşayış minimumuna qədər qaldırılması təklif edilib.

Bu təkliflə Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Regional məsələlər üzrə Komitəsinin sədri Siyavuş Novruzov çıxış edib.

O, yaşayış minimumunun gələn il 240 manata çatdırılacağını xatırladıb: “Prezident təqaüdçüsü olan tələbəyə 250 manat, adi təqaüdçülərə 90 manat verilir. Zərbəçi tələbə 110 manat, əlaçı 130 manat təqaüd alır. Bu təqaüdlər heç olmasa yaşayış minimumuna çatdırılsa yaxşı olar. Bizdə yaşayış minimum həddi 210 manatdır, biz onu gələn il üçün 240 manat edirik. Təqaüdlərin də həcmi bu civarda olsa, daha yaxşı olar”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər