“Azəristiliktəchizat” ASC “Azinko Development” MMC-ni məhkəməyə verib.
Banker.az xəbər verir ki, “Azəristiliktəchizat” ASC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Raqib Qurbanovun icraatındadır.
“Azəristiliktəchizat” ASC ilə “Azinko Development” MMC-nin arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr torpaq mübahisələri – Torpaq sahəsinin boşaldılmasıdır.
“Azəristiliktəchizat” ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında ” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış və vəzifəsi Bakı şəhərində və Respublikanın Regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir.