Beynəlxalq Valyuta Fondunun ərəb dünyası ölkələri də daxil olmaqla, 2023-cü ilə iqtisadi göstəricilərin perspektivlərini əks edən hesabatı dərc edilib.
BVF-in proqnozlarına görə, iqtisadi artım templərinə görə, Liviya 2023-cü ildə ərəb dünyasında liderlik edəcək. Şimali Afrika ölkəsinin iqtisadiyyatı 17.9 faiz artacaq.
Fondun məlumatına görə, son zamanlar Ukraynada hərbi əməliyyatlarla bağlı vəziyyət və genişlənməkdə davam edən Rusiya əleyhinə sanksiyalar fonunda iqtisadi mühit qlobal səviyyədə əhəmiyyətli dərəcədə pisləşib.