7 C
Baku
Sunday, January 12, 2025

“Azercell” şirkəti “ƏDV Geri Al” xidmətini dayandırır

“Azercell Telekom” MMC-dən asılı olmayan səbəblərdən “Kabinetim” tətbiqində hazırda istifadəsi mümkün olan “ƏDV Geri Al” xidməti 14.11.2022-ci il tarixdən etibarən deaktiv ediləcəkdir.

Banker.az xəbər verir ki, “Azercell Telekom” MMC ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin birgə layihəsi olan “ƏDV-ni “Kabinetim”də topla” çərçivəsində, “ƏDV Geri Al” xidməti 11.02.2022-ci il tarixdən etibarən “Kabinetim” mobil tətbiqi istifadəçiləri üçün əlçatan olmuşdur.

Xidmətin dayandırılması ilə bağlı mövcud hesablarınıza “ABB Mobile” tətbiqi və ya “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “ƏDV Geri Al” veb-portalı olan https://edvgerial.abb-bank.az/az -dən daxil ola bilərsiniz.

Gözləmədə olan çeklərinizin məbləğləri qaytarılaraq həmin portaldakı balansınızda görünəcəkdir.

 

Son xəbərlər
Digər xəbərlər