13 C
Baku
Sunday, September 29, 2024

“Kering” şirkəti “Tom Ford”u almaq üçün danışıqlar aparır

Fransanın “Kering SA” şirkəti “Tom Ford” dəb evini almaq istəyir, bu barədə “The Wall Street Journal” yazıb. Məlumata görə, alqı-satqı danışıqları hələ də davam edir və tezliklə razılaşma əldə oluna bilər. Qeyd edək ki, müqavilənin dəyəri açıqlanmır.

Avqust ayında Amerikanın parfümeriya və kosmerika şirkəti “Estee Lauder“in “Tom Ford”u alması müzakirə edilib. O vaxt müqavilənin dəyəri 3 milyard dollardan çox olub.

2005-ci ildə ”Estee Lauder” “Tom Ford Beauty” xəttindən ətir və kosmetika məhsullarını hazırlamaq və qlobal şəkildə yaymaq üçün moda evi ilə lisenziya müqaviləsi bağlayıb. 2022-ci ilin iyul ayında “Tom Ford”un potensial satış üçün “Goldman Sachs”a müraciət etməsi məlum olub.

Son xəbərlər
Digər xəbərlər