11 C
Baku
Monday, September 30, 2024

Stoltenberq Ərdoğanla Finlandiya və İsveçin NATO-ya üzvlüyünü müzakirə edib

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana taxıl dəhlizi sazişinin davam etdirilməsindəki roluna görə təşəkkür edib.

Bu barədə Stoltenberq özünün “Twitter” hesabında məlumat yayıb.

O, Ərdoğanın qonağı olmasından məmnun olduğunu bildirib.

“Ukrayna taxıl müqaviləsinin davam etdirilməsində mühüm rol oynadığı üçün prezident Ərdoğana təşəkkürümü çatdırdım”, – Stoltenberq yazıb.

Baş katib Ərdoğanla görüşdə Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərinin yekunlaşdırılmasını müzakirə etdiklərini bildirib və iki ölkənin üzvlüyünün ittifaqı gücləndirəcəyini vurğulayıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər