3 C
Baku
Saturday, December 14, 2024

ARDNF-in Azəri-Çıraq-Günəşlidən gəliri 81% artıb – 10 aya $8.3 mlrd.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Azəri-Çıraq-Günəşli (AÇG) yatağından gəlirləri ilin ilk 10 ayında  8 milyard 326 mln. ABŞ dolları olub.

Bu barədə Banker.az-a ARDNF-dən bildirilir.

AÇG-dən gəlirlər illik müqayisədə 3 milyard 714 milyon dollar, yaxud 81% artmışdır.

Şahdəniz yatağından 2022-ci ilin yanvar-oktyabr ayları ərzində 1 milyard 209 mln. dollar olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 328.57 mln. ABŞ dolları təşkil edib.


Azəri-Çıraq-Günəşli — Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağıdır.

Bakıdan təxminən 120 km şərqdə yerləşən bu yataq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkәti (ABƏŞ) adından BP şirkəti tərəfindən işlənir. AÇG neft yatağı iki əsas lay dəstindən ibarətdir: Fasilə və Balaxanı. Konsorsium əvvəlcə hasilata Fasilə layından başlayıb, sonra isə Balaxanı layına keçəcək. AÇG-də hasilat 1997-ci ilin noyabr ayında başlamışdır.

Son xəbərlər
Digər xəbərlər