Qırğızıstanın “Kapital Bank”ı Rusiyanın “Mir” ödəniş sisteminin kartlarına xidməti dayandırıb. Bankın saytındakı mesajda bu qərarın səbəbi göstərilmir. Qeyd edək ki, “Kapital Bank” Qırğızıstanda “Mir” kartlarını qəbul etməkdən imtina edən 13-cü bankdır.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Xatırladaq ki, daha əvvəl Qırğızıstanda altı kommersiya bankı – “Qırğızıstan”, “Bakai-bank”, “Doskredobank”, “Kompanion”, “Bank od Asia”, “KICB”, “Bai Tushum”, “Optima-bank” və “Aiyl Bank” Rusiyanın “Mir” kartlarına xidmətin dayandırıldığını elan etmişdi. Ümumilikdə respublikada 23 bank fəaliyyət göstərir.