“NASAMS və Aspide hava hücumundan müdafiə sistemləri Ukraynaya çatıb”.
Bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov tviterdə yazıb.
O bildirib ki, bu silahlar Ukrayna ordusunu gücləndirəcək və ölkənin səmasını daha təhlükəsiz edəcək: “Bizə hücum edən düşmən hədəflərini vurmağa davam edəcəyik.
Nazir bu silahlara görə Ukraynanın tərəfdaşlarına- Norveç, İspaniya və ABŞ-a təşəkkürünü bildirib.