13 C
Baku
Wednesday, May 8, 2024

Ukrayna danışıqlardan imtina etmir – Podolyak şərtləri açıqladı

Ukrayna Rusiya ilə danışıqlardan imtina etmir, amma ilk növbədə Moskva ən vacib işi görməli, qoşunlarını ərazimizdən çıxarmalıdır.

Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak özünün “Twitter” hesabında yazıb.

“Başa düşmək lazımdır: Ukrayna heç vaxt danışıqlardan imtina etməyib. Bizim danışıqlarda mövqeyimiz məlum və açıqdır: 1. Öncə Rusiya Ukraynadan qoşunlarını çıxarır. 2. Sonra qalan şeylər edilir”, – Podolyak bildirib.

Onun sözlərinə görə, Kiyev danışıqları qiymətləndirməkdə konstruktivdir.

Podolyak, həmçinin vurğulayıb ki, prezident Vladimir Putin danışıqlar masası arxasına oturmağa hazır deyil, bununla əlaqədar Rusiyanın növbəti prezidenti ilə danışıqlar aparmaq lazım olacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər