Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstanın Çimkənd şəhərində Türkiyənin Fəxri Baş konsulluğunun açılış mərasimində iştirak etmək üçün 9 noyabr 2022-ci il tarixində Qazaxıstana səfər edəcək.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Bundan əlavə, nazir Çavuşoğlu Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə toplantısı və TDT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün 9-11 noyabr tarixlərində Özbəkistana da səfər edəcək.