Böyük Britaniyanın yeni hökumətində təmsil olunan təhsil naziri Qevin Uilyamson istefa verib.
Bu barədə o, özü açıqlamasında bildirib.
İki həftə əvvəl vəzifəyə gətirilən Qevin parlamentdə bəzi həmkarlarını təhdid və təhqir etməkdə ittiham olunur.
Hökumət ittihamları araşdırmağa başlayıb. O, ittihamları qəbul etməsə də, araşdırmanın düzgün aparılması üçün istefa verdiyini bəyan edib.
Britaniya Baş nazirinin sözçüsü bildirib ki, həmkarlarına qarşı zorakılıqda ittiham olunan Uilyamsonla bağlı iddiaları yoxlamaq üçün daha çox vaxt lazımdır.