Rusiya və ABŞ Strateji Hücum Silahları Müqaviləsinə (START) uyğun olaraq nüvə silahı obyektlərində yoxlamaların bərpasını müzakirə etmək niyyətindədir.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilir ki, tərəflər yaxın həftələrdə görüşməyi planlaşdırır.
Dövlət Departamentinin sözçüsü agentliyə bildirib ki, ikitərəfli məsləhət komitəsi iclasa hazırdır, lakin toplantının nə vaxt və harada keçiriləcəyi məlum deyil.
Görüşün Cenevrədə olmayacağı məlumdur. Çünki İsveç Rusiyaya sanksiyalarda iştirak edib.
Moskvadakı iki mənbə görüşün mümkün yerinin Qahirə olduğunu düşünür.
Rusiya avqust ayında bir sıra vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulmasını əsas gətirərək ABŞ müfəttişlərinin nüvə silahı obyektlərinə baş çəkməyini qadağan etmişdi.