“Çətin dövrdən keçirik. İstanbul Zirvəsində qəbul etdiyimiz “Türk Dünyası-2040” strateji sənədi uzunmüddətli dövr üçün mühüm addım oldu”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, Asiya yenidən ön plana çıxır: “Aramızdakı münasibətlər və dəhlizləri inkişaf etdirməyimiz məcburiyyətə çevrilir.”
Nazir vurğulayıb ki, sabah ticarətin asanlaşdırılması ilə bağlı strateji sənəd, sadələşdirilmiş gömrük dəhlizi və yükdaşımalarla bağlı razılaşma sənədləri imzalanacaq və bu məmnunedicidir.