14 C
Baku
Saturday, November 23, 2024

İnflyasiya Yaponiyanın 114 illik şirkətini çökdürdü

1908-ci ildə Tokioda əsası qoyulan “Sakumaseika Co.” qənnadı şirkəti bazardan çəkilir. Nəsillər boyu ölkə miqyasında ən çox satılan “Sakuma’s Drops” jelebonları ilə tanınan Yapon şirkəti 2023-cü ilin yanvarında fəaliyyətini dayandıracaq.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istehsalçı əvvəlcə Covid-19 epidemiyasının vurduğu iqtisadi zərərdən, sonrakı dövrdə isə xammal xərclərinin artmasından təsirlənib.

Artan xərcləri satış qiymətlərinə əks etdirməyən istehsalçı, maliyyə ilinin yarısında 151 milyon yen ($1.03 milyon) zərər edib.

Qeyd edək ki, 114 il əvvəl qənnadı ustası Sakuma Sojiro tərəfindən qurulan şirkət İkinci Dünya Müharibəsinin bombardmanları zamanı da fəaliyyətini davam etdirib.

Son xəbərlər
Digər xəbərlər