2 C
Baku
Saturday, December 14, 2024

“Ölkədə tütün istehsalı sahələrinin qurulması hədəflənir” – Samirə Musayeva

“Azərbaycanda qəlyan üçün tütün və tütün əvəzedicilərinin aksiz dərəcəsinin azaldılması ilə yerli istehsal sahələrinin qurulması hədəflənir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

“İndiyə qədər bu məhsulların yerli istehsalına və idxalına eyni aksiz dərəcəsi tətbiq edilib”, – deyə o qeyd edib.

S.Musayeva Azərbaycanda iri neft emalı zavodlarının (NEZ) yenidən qurulması layihəsi çərçivəsində avadanlıq və materialların idxalının daha 2 il vergidən azad edilməsi barədə də danışıb: “Bakıdakı NEZ-in yenidən qurulmasına ötən ildən başlanılır və zavoda böyük məbləğdə investisiyalar qoyulub. Bununla da, güzəştlərin tətbiqi yeni deyil, sadəcə mövcud təşviqin müddəti uzadılır”.

Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihəsi çərçivəsində avadanlıqların və materialların idxalı 2020-ci il yanvarın 1-dən 2 il müddətinə vergidən azaddır. Dəyişikliyə əsasən, həmin müddət 4 il olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər