Ukrayna Prezidenti Volodimir Zelenski Balidə keçiriləcək G20 sammitində iştirak etməyəcək, bunu İndoneziyanın dənizçilik və investisiyalar naziri Luhut Binsar Pancaitan deyib.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bundan əlavə, Pancaitan Vladimir Putinin də sammitə gəlməyəcəyini təsdiqləyib. Onun sözlərinə görə, hər iki prezidentin “çox sıx qrafikləri var, biz onların sammitdə iştirak etməmək qərarına hörmət etməliyik”.