“Twitter”in Afrikadakı yeganə ofisinin əməkdaşları işdən çıxarma haqqında bildirişlər alıblar.
Məlumata görə, hadisə Afrika ofisinin əyani işə başlamasından cəmi dörd gün sonra baş verib. Ötən həftəyə qədər “Twitter” əməkdaşları uzaqdan işləyirdilər.
İşdən çıxarılan ABŞ vətəndaşlarından fərqli olaraq, afrikalı işçilərə nə sonrakı fəaliyyət planı, nə də təzminat verilməyib.
Məlumata görə, yalnız bir əməkdaş işdən çıxarılmayıb və öz fəlaiyyətinə davam edir.
Qeyd edək ki, sosial şəbəkə İlon Maskın nəzarətinə keçdikdən sonra şirkətdə genişmiqyaslı yenidənqurma və ixtisarlar aparılır.