13 C
Baku
Saturday, November 23, 2024

“Gələn il ilk dəfə büdcə gəlirləri və xərcləri 30 mlrd. manatdan çox olacaq”

“Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsində ilk dəfə ümumi dövlət xidməti xərcləri azaldılır, sosial yönümlü xərclər artırılır”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, gələn il ilk dəfə büdcə gəlirləri və xərcləri 30 milyard manatdan çox olacaq: “Bu, ölkə prezidentinin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir. Bu il büdcədən 14 rayon dotasiya alırsa, gələn il bu rəqəm 8 olacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər