Oktyabr ayında gömrük üzrə büdcə daxilolmaları 419 milyon 291.5 min manat təşkil edib. Bu, sentyabr ayı ilə müqayisədə 41 milyon 96.7 min manat və ya 8.9% azdır.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi hesabata əsasən xəbər verir.
Qeyd edək ki, ötən ilin oktyabr ayı ilə müqayisədə cari ilin oktyabrında gömrük üzrə daxilolmalar 52 milyon 235.7 min manat və ya 14.2% artıb.