6 C
Baku
Saturday, December 14, 2024

Fransa və Ermənistan XİN başçıları Azərbaycanla normallaşma prosesini müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Ketrin Kolonna ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin gedişatı, sərhədlərin delimitasiyası, eləcə də regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı aparılan işlər barədə məlumat verib.

Nazirlər oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün yekununda qəbul edilmiş bəyanatın əhəmiyyətini vurğulayıblar.

Son xəbərlər
Digər xəbərlər