25 dekabr 2022-ci il saat 11.00-da “Ucar Tikinti Quraşdırma” QSC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. QSC-nin idarəetmə orqanlarının 2021-ci ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.
2. İllik hesabatların təsdiq edilməsi.
3. Təşkilati məsələ. QSC-nin idarəetmə orqanlarının seçilməsi.
4. Digər məsələlər.
Qeyd edək ki, ümumi yığıncağın gündəliyinə aid materiallarla tanışlıq üçün iş günlərində QSC rəhbərliyinə müraciət etmək olar.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Nəzərinizə çatdırırıq ki, QSC uzun müddət fəaliyyət göstərməmiş, hazırda fəaliyyət göstərmir və bu barədə keçmiş Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsindən müvafiq rəsmi sənəd vardır.