2035-ci ilə qədər Azərbaycanda demoqrafik olaraq problem gözlənilmir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“2035-2045-ci illər arasında müəyyən problemlər yaşana bilər. Belə ki, əhalinin qocalması 2045-ci ildən sonra başlayır. Bu illər ərzində bizim əsas hədəfimiz əhalinin məşğulluğunu təmin etməkdir. Eyni zamanda muzdlu əməkçilərin sayı artırılması gözlənilir”, – deyə nazir vurğulayıb.