23 C
Baku
Saturday, October 5, 2024

Aİ-nin XİN başçıları Ukraynaya hərbi missiyanı və İrana qarşı sanksiyaları təsdiqləyəcək

Noyabrın 14-də Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Brüsseldə Xarici İşlər Şurasının növbəti iclasını keçirəcək, toplantıda Ukraynaya hərbi yardım göstərmək missiyasının təsdiqlənməsi və İrana qarşı yeni sanksiyaların qəbulu planlaşdırılır.

Bu barədə jurnalistlərə Aİ Xarici İşlər Xidmətindəki mənbə bildirib.

Kiyevə yardım Ukraynanın 15 minə qədər hərbçininin təlimini və təchizatını nəzərdə tutur. İki il üçün nəzərdə tutulan təlim missiyasına 106.7 milyon avro ayrılacaq. Ukrayna əsgərlərinin təlimi Polşa və Almaniyada keçiriləcək.

Bundan əlavə, görüşdə İrana qarşı sanksiyaların genişləndirilməsi müzakirə olunacaq.

Həmçinin Aİ-nin xarici əlaqələr departamentlərinin rəhbərləri Rusiya ilə münasibətlər mövzusuna toxuna bilərlər, lakin onlar heç bir qərar qəbul etmək fikrində deyillər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər