Dövlət Sosial Müdafiə Fondu respublika üzrə pensiyaların ödəniləcəyi tarixi açıqlayıb.
Fonddan Banker.az-a verilən məlumata əsasən, respublika üzrə pensiyaların ödənilməsi noyabr ayının 15-i tarixinə nəzərdə tutulub.
Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.