“İrana qarşı sankiyaların tətbiq olunmasını vacib hesab edirəm”.
Bunu İsveçin xarici işlər naziri Tobias Billström Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
“Rusiyanın Ukraynada istifadə etdiyi dronların İran tərəfindən bu ölkəyə satılması ilə bağlı İran hökumətinə qarşı irəli sürülən ciddi ittihamlar elə bir məsələdir ki, biz buna diqqət yetirməliyik. İsveçin XİN başçısı kimi mənim mövqeyim ondan ibarətdir ki, İran hökumətinin dronlar satmaqla bağlı ambisiyalarını dayandırmaq üçün sanksiyalar çox vacibdir. Bu bizim açıq mövqeyimizi göstərəcək və Tehrana siqnal olacaq ki, Ukraynaya qarşı dronların istifadəsi yolverilməzdir. Bu ticarət dayandırılmalıdır. Bu dronları satanlara da sanksiya tətbiq olunmalıdır”, o deyib.