Sabancı Holdinq 3 rüb ərzində $1.5 milyarda yaxın malis mənfəət əldə edib

Türkiyə şirkəti Sabancı Holdinq 2022-ci ilin ilk 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən dövrdə Sabancı Holdinq-in ümumi satışları 175% artıraraq 275.4 milyard TL (14.81 milyard USD//25.17 milyard AZN) səviyyəsinə yüksəlib. Şirkətin konsolidə edilmiş xalis mənfəəti isə 9 ayda 27.2 milyard TL (1.46 milyard USD//2.49 milyard AZN) olub.

Sabancı Holdinq-in Baş icraçı direktoru Cenk Alper bu barədə açıqlamasında bildirib ki, Holdinq bütün şirkətləri ilə birlikdə “Dünyanın Sabancısı” olmaq yolunda mühüm transformasiya həyata keçirir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər