Bu ilin yanvar-oktyabr aylarında Bakı Limanında 5.356 milyon ton yük aşırılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 14 % çoxdur.
Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Elmar Həbibli bildirib.
Onun sözlərinə görə, yüklərin 90 %-dən çoxu tranzit yüklərdir. Bu yüklər əsasən Çindən, qismən isə Orta Asiya ölkələrindən daxil olur və Avropanın müxtəlif ölkələrinə göndərilir”, – deyə o, qeyd edib.
“Bakı Limanı genişləndirilir və onun illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər çatdırılması nəzərdə tutulur”, – deyə liman rəsmisi xatırladıb.