10 C
Baku
Thursday, December 12, 2024

Avropa İttifaqı qlobal ərzaq təhlükəsizliyi üçün 210 mln. avro ayırıb

Avropa Komissiyası qlobal ərzaq təhlükəsizliyi üçün 210 milyon avro maliyyə yardımı ayırıb.

Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qlobal miqyasda ərzaq təhlükəsizliyinə olan təhdidlərin dağıdıcı nəticələrindən ən çox təsirlənənlərə kömək etmək və bu ölkələrin artan ehtiyaclarını ödəmək üçün 15 ölkəyə ümumilikdə 210 milyon avroluq yeni humanitar yardım paketi ayrılır.

Bununla da Aİ-nin 2020-2024 üçün qlobal ərzaq təhlükəsizliyinə ümumi dəstəyi 8 milyard avroya çatdırılır: “2022-ci ildə ərzaq təhlükəsizliyi həm miqyasda, həm də şiddət baxımından görünməmiş səviyyələrə çatıb və ən azı 205 milyon insan hazırda kəskin şəkildə qida çatışmazlığından əziyyət çəkir. Əfqanıstan, Efiopiya, Nigeriya, Cənubi Sudan, Somali və Yəməndə aclıq təhlükəsi qalmaqdadır.

Qərbi və Mərkəzi Afrika regionunda Burkina-Fasoya 2 milyon avro, Maliyə 1 milyon avro, Nigeriyaya 2 milyon avro, Çada 1 milyon avro və Mərkəzi Afrika Respublikasına 4 milyon avro dəyərində ərzaq təhlükəsizliyi ilə bağlı yardım, habelə qoruma, qidalanma və dolanışıq dəstəyi ayrılacaq.

Həmçinin, Şərqi və Cənubi Afrika regionunda Sudana 9 milyon avro, Cənubi Sudana 6 milyon avro, Efiopiyaya 10 milyon avro, Somaliyə 10 milyon avro humanitar yardım ayrılacaq”.

Avropa Komissiyası Yaxın Şərq regionuna da maliyyə yardımı ayırıb. Yardım paketi çərçivəsində Yəmənə 35 milyon avro, Suriyaya 15 milyon avro, Livana 5 milyon avro, Əfqanıstana 75 milyon avro, Venesuelaya 30 milyon avro ayrılır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər