ABŞ-ın Baş Qərargah rəisi, general Mark Milley ilə türkiyəli həmkarı Yaşar Gülər arasında telefon danışığı olub.
Bu barədə ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sözçüsü polkovnik Dave Butler açıqlama verib.
Bildirilib ki, tərəflər İstanbulda baş verən terror aktını müzakirə ediblər.
Telefon danışığında iki ölkə arasında hərbi əlaqələrin möhkəmləndiyi vurğulanıb.