Çin neft emalı zavodları dekabr ayında tədarük üçün Rusiya neftinin alışını azaltmağa başlayıb.
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətləri iddia edirlər ki, Çin müəssisələri tədarük haqqını iki həftə əvvələ nisbətən daha aşağı vəsaitlə ödəyiblər.
Nəşr bildirib ki, müstəqil neft emalı zavodları Avropa İttifaqı sanksiyalarının qüvvəyə minməsindən sonra Rusiyandan yanacaq tədarükündə yarana biləcək fasilələrdən özlərini sığortalamaq qərarına gəliblər.
Neft emalı zavodları baha qiymətə satılmasına baxmayaraq Braziliya və Qərbi Afrikadan neft tədarükünü artırıb.