-1 C
Baku
Sunday, December 15, 2024

BMT Rusiyanın Ukraynaya dəymiş ziyana görə təzminat ödəməsi ilə bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyası Rusiyanın Ukraynadakı hərəkətlərindən dəymiş ziyana görə kompensasiya ödəməsini nəzərdə tutan qətnamə qəbul edib. Qətnamə həmçinin BMT-yə üzv dövlətləri Ukraynaya dəymiş zərər haqqında məlumatların yer aldığı beynəlxalq reyestr aparmağa çağırır.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Qətnaməni 181 seçicidən 94-ü dəstəkləyib, 14 ölkə əleyhinə (Rusiya, Çin, Belarus, Şimali Koreya, İran, Suriya və s.), 73 ölkə səsvermədə bitərəf qalıb (Qazaxıstan, Qırğızıstan, Özbəkistan və s.). Baş Assambleyanın qərarları BMT Təhlükəsizlik Şurasının qətnamələrindən fərqli olaraq hüquqi qüvvəyə malik sənədlər deyil.

Qətnamənin müəllifləri Kanada, Qvatemala, Hollandiya və Ukrayna olub. Sənəddə deyilir ki, Rusiya “bütün beynəlxalq hüquqa zidd hərəkətlərinin hüquqi nəticələrini, o cümlədən bu cür hərəkətlər nəticəsində dəyən hər hansı zərəri” ödəməlidir.

Son xəbərlər
Digər xəbərlər